Bakı. Trend:
Sabah saat 08:00-dan 18:00-dək Bakı-Ələt-Qazax-Gürcüstanla
dövlət sərhədi avtomobil yolunun 69-cu km-də (paytaxtın Qaradağ
rayonunun Ələt qəsəbəsindən keçən hissədə) inşa olunan yerüstü
piyada keçidləri üçün platformalar quraşdırılacaq.
Trend bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən
hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə
yerləşdiriləcək müvəqqəri yol nişanlarının tələblərinə və yol
hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, – agentlik bəyan
edib.





























