
Bakı. Trend:
Taksi fəaliyyəti üçün buraxılış kartı alan nəqliyyat
vasitələrinin sayı açıqlanıb.
Bu barədə Trend-ə
Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata əsasən, 11.06.2024-cü il tarixə olan məlumata görə,
buraxılış kartı alan taksi nəqliyyat vasitələrinin sayı 4032 ədəd,
təlim keçən sürücülərin sayı isə 21344 nəfər təşkil edib.
İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA”
informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron
qaydada həyata keçirilir. İstifadəçilər https://e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq,
avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində
icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron
sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə
inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma
endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən
əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan
edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.
Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya
fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş
ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar
Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri
görüləcək.





























