
Bakı. Trend:
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı
“VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyat
vasitəsinin işıq cihazları nasaz olduğu üçün “saxla” işarəsi
verilib.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülük
hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə
dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə
sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxs
barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə
göndərilib.
Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbs
edilib.





























