Bakı. Trend:
Qubada avtomobili narkotiklərin təsiri altında idarə edən
sürücülər aşkarlanıb.
DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Quba
Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin
edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Tədbir zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən
10 sürücü saxlanılıb.
Tibbi müayinə zamanı onların marixuana, heroin və psixotrop
maddə olan metamfetamin qəbul edərək sükan arxasında əyləşdikləri
müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi
qiymət verilməsi üçün məhkəməyə göndərilib.





























