Bakı. Trend:
“Times Higher Education”in (THE) universitetlərin BMT-nin
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə fəaliyyətini qiymətləndirən
“THE Impact 2024” reytinqi açıqlanıb.
Dünyanın ən nüfuzlu THE reytinqi universitetlərin təhsilə,
sosial bərabərliyə və ətraf mühitin qorunmasına təsirini əks
etdirir.
THE Impact Ranking 4 əsas sahə (Araşdırma, İdarəçilik,
Əməkdaşlıq və Tədris) üzrə dünya universitetlərinin göstəricilərini
dəyərləndirir və onların fəaliyyətini BMT-nin 17 Dayanıqlı İnkişaf
Məqsədləri üzrə ölçür.
UNEC reytinqdə Sərfəli və təmiz enerji göstəricisi üzrə 987
universitet arasında ən yaxşı 101-200 universitetdir.
Eləcə də 924 universitet arasında İqlim fəaliyyəti üzrə 201-300
aralığında yer alaraq, yüksək nəticə göstərib. 1681 universitetin
yer aldığı Keyfiyyətli təhsil üzrə UNEC dünyada 601-800,
Bərabərsizliyin azaldılması üzrə isə 1108 universitet arasında isə
dünyada 301-400-cüdür.
UNEC-in yaşıl göstəricilər üzrə yüksək nəticələr əldə etməsi,
xüsusilə də “Sərfəli və təmiz enerji”, “İqlim fəaliyyəti” üzrə ən
yüksək yerləri tutması, “Yaşıl UNEC”in ətraf mühitin qorunmasına
dair fəallığının, dayanıqlı inkişaf məqsədlərinə uyğun
fəaliyyətlərinin və ekoloji məsuliyyətliliyinin parlaq
göstəricisidir.





























