Advertisement

Bakıda dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirilib

Bakı. Trend:

Bakıda dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, ayrı-ayrı vaxtlarda Bakı şəhər sakini olan bir
nəfərin 3500 manat pulunun dələduzluq yolu ilə alınması, bir
nəfərin isə aldadılaraq adına onlayn üsulla 6000 manat kredit
götürülməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis
Şöbəsinə məlumatlar daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq
əməllərini törətməkdə şübhəli bilinən Sabir Hüseynov, Fazil Qəşəmov
və Elnur Qaragözov müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.