
Bakı. Trend:
Bu gün Ramazan ayının doqquzuncu günüdür.
Trend xəbər verir ki, bu gün imsak vaxtı saat 05:20-də, iftar
vaxtı isə 19:06-dadır.
İmsak duası:
“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini
fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə.
Biməhəbbətikə ya əmələl- müştaqin”.
Tərcüməsi:
İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq
dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və
hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and
verirəm, ey şövqlülərin istəyi!
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə
təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti
iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar
açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı
ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul eləsin!





























