Advertisement

Bayram günlərində bu marşrut üzrə əlavə 12 qatar reysi təyin edilib

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Milli Qurtuluş Günü və
Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Bakı–Ağstafa–Bakı
marşrutu üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə
xəttə əlavə 12 qatar reysi təyin edib.

Trend bu barədə ADY-yə
istinadən xəbər verir.

Marşrut üzrə təyin edilmiş qatarlar 14, 15, 17, 18 və 19 iyun
tarixlərində hər iki istiqamətdə, 16 iyun tarixində isə bir
istiqamətdə – Bakıdan Ağstafaya hərəkətdə olacaq.

Bununla yanaşı, 14 iyundan etibarən Bakı–Ağstafa–Bakı marşrutu
üzrə müasir və komfortlu yeni “Stadler” qatarları hərəkətə
başlayacaq. Sürətli qatarlar hər gün Bakıdan Ağstafaya saat 08:00
və saat 18:00-da, Ağstafadan Bakıya isə saat 08:20 və saat 18:20-də
yola düşəcək. Həmçinin yeni qatarlara ilk dəfə olaraq Ləki və Ucar
stansiyalarında da dayanacaq verilir.