Advertisement

ARDNF-nin İcraçı direktoruna müavin təyin edildi

Bakı. Trend:

Bəhruz Fərman oğlu Bəhramov Azərbaycan Respublikası Dövlət Neft
Fondunun (ARDNF) İcraçı direktorunun müavini vəzifəsinə təyin
edilib.

Bu barədə Trend-ə ARDNF-dən məlumat verilib.

Qeyd edək ki, Bəhruz Bəhramov 2020-ci ildən hazırki tarixədək
ARDNF-nin İcraçı direktorunun müşaviri vəzifəsini icra edib. Daha
öncə ARDNF-nin Risklərin idarə edilməsi və İnvestisiya
departamentlərində müxtəlif vəzifələrdə, o cümlədən, 2014-2016-cı
illərdə Risklərin idarə edilməsi departamentinin direktor müavini,
2016-2020-ci illərdə Risklərin idarə edilməsi departamentinin
direktoru vəzifəsində çalışıb.