
Bakı. Trend:
İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ,
Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda
arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki, yağan leysan xarakterli
yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan
kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib.
Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm
olan dolu düşüb.





























