Bakı. Trend:
Sabahdan Azərbaycanda bayram tətili başlayır.
Trend xəbər verir ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun
Qurban bayramı günləridir.
Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş
günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin
istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə
keçirilir.
Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18
və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.
Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri
qeyri-iş günləridir.
Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı
Qüvvələri Günü qeyd ediləcək.





























