Advertisement

Leysan yağıb, şimşək çaxıb – FAKTİKİ HAVA

Bakı. Trend:

Azərbaycanda bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb,
şimşək çaxıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat
verilib.

Məlumata əsasən, dağlıq rayonlarda yağıntılar intensiv və güclü
olub. İyunun 14-ü gecə saatlarında Bakıda və Abşeron yarımadasında
şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Xaltanda 46 mm, Sarıbaşda (Qax) 34 mm,
Balakəndə 29 mm, Xınalıqda 13 mm, Zaqatala, Qrızda 10 mm, Qusarda 8
mm, Qobustan, Şahdağ, Şəki, Altıağac, Şahbuz, Oğuz, İsmayıllı,
Quba, Qəbələ, Şabranda 5 mm-dək, Bakıda və Abşeron yarımadasında
isə 2 mm-dək olub.

İyunun 14-də səhər saatlarında Şəki rayonu ərazisindən axan
Damarçın çayından qısamüddətli sel keçib.

İyunun 14-ü saat 02:00 radələrində Qax rayonuna diametri 10 mm
olan dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34,
Naxçıvan MR-da 35, Aran rayonlarında 38, dağlıq rayonlarda 20-25,
yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub.