Advertisement

Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb (FOTO)

Bakı. Trend:

14 iyun – Beynəlxalq Qan Donoru Günü münasibətilə Azərbaycanda
könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək vermək
məqsədilə Qan Donorları Assosiasiyasının, Mərkəzi Qan Bankının,
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin və Qırmızı Ürəklər (Red Hearts) Fondunun birgə
tərəfdaşlığı ilə “Gənc Qan Donorlarının IV Ümumrespublika
Forumu”
keçirilib.

Forumun keçirilməsində əsas məqsəd ölkəmizdə qan donorluğunun
inkişafına dəstək, könüllü qanvermənin əhəmiyyəti barədə insanların
məlumatlandırılması, daha çox insanın könüllü donorluğa
həvəsləndirilməsi, eyni zamanda, qan donorluğu istiqamətində
cəmiyyətin maarifləndirilməsi olub.

Azərbaycanda qan donorluğunun inkişafında fəal
iştirakına və verdiyi dəstəyə görə Bank Respublika xüsusi
təşəkkürnamə ilə təltif edilib.

Qeyd edək ki, “Bank Respublika”nın kollektivi qanvermə
aksiyalarında daim iştirak edir, xroniki və irsi qan
xəstəliklərindən əziyyət çəkən insanlara dəstək məqsədi daşıyan bu
işlərdə öz töhfəsini verir. Bank hər il “Dəstək olaq, təbəssümlər
çoxalsın!” şüarı ilə Bank Respublikanın Baş ofisində Bankın
rəhbərliyi və əməkdaşlarının iştirakı ilə könüllü qanvermə aksiyası
keçirir.

Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə,
donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram,
linkedin,
telegram
səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.