
Bakı. Trend:
Baş prokuror Kamran Əliyev paytaxtın Binəqədi rayonunda
vətəndaşları qəbul edəcək.
Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq
vətəndaş məmnunluğunun və hüquqlarının qorunmasının təmin edilməsi,
həmçinin bu sahədə səmərəliliyin artırılması məqsədilə Baş prokuror
Kamran Əliyev iyunun 21-də saat 10:00-da Binəqədi rayon
prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə
orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o
cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə
bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu
keçirəcək.
Vətəndaşlar qəbulla bağlı Binəqədi rayon prokurorluğuna yazılı
və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə
və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və
Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları,
[email protected] elektron poçt ünvanı, eləcə də
prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook
və X) vasitəsilə də qəbula yazıla bilərlər.





























