
Bakı. Trend:
Qarabağ Universitetində müəllimlərin maaşı orta aylıq əməkhaqqı
ilə müqayisədə yuxarı olacaq
Trend xəbər4 verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev
jurnalistlərə açıqlaması zamanı deyib.
“Bu il universitetin ilk tədris ilidir, yəqin ki, hansısa
çatışmazlıqlar olacaq. Amma biz Qarabağ Universitetini bir yerdə
quracağıq. Qarabağ Universitetində əsasən tələbələrə güzəştlər
nəzərdə tutulur.
Müəllimlərə isə universitet qaydalarına əsasən əməkhaqqı
veriləcək və yaşayış yeri ilə təmin edək. Orta aylıq əməkhaqqı ilə
müqayisədə yuxarı olacaq. Universitetə hazırlıqlı müəllimlər cəlb
ediləcək”, – nazir bildirib.
Xəbər yenilənəcək





























