Bakı. Trend:
Baş nazir Əli Əsədov “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun
tətbiqi və bununla əlaqədar “Təhsil haqqında” qanunun tətbiq
edilməsi barədə” fərmanında dəyişiklik edilməsi və bəzi
sərəncamlarının ləğv edilməsi haqqında” Prezidentinin 2024-cü il 30
may tarixli 78 nömrəli fərmanının icrasının təmin edilməsi barədə
sərəncam imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, Ədliyyə Nazirliyi Elm və
Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər
aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə
razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının
“Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna,
həmçinin, “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə”
qanunun tətbiqi və bununla əlaqədar Prezidentin ərmanında
dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında”
Prezidentin 2024-cü il 30 may tarixli 78 nömrəli fərmanına
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər
Kabinetinə təqdim etməlidir.
Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq,
Qanunun və Fərmanın icrasını təmin etmək məqsədilə öz
səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn
tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin
olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra
vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat
verməlidirlər.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna və Fərmana
uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində
Nazirlər Kabinetinə məlumat verməlidir.
Bu sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti
Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.





























