
Bakı. Trend:
Paytaxt Bakıda ümumi sahəsi 3,5 hektar olan ərazidə metronun “28
May” stansiyasının və Bakı Dəmiryol Vağzalının qarşısındakı
meydanda əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.
Trend xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin
Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xarici mütəxəssislərin iştirakı ilə xüsusi olaraq
hazırlanmış və müasir tələblərə tam cavab verən layihə sənədlərinə
əsasən burada piyadaların hərəkəti üçün təhlükəsiz zona yaradılacaq
və yalnız ictimai nəqliyyatın girişinə icazə veriləcək. Meydanla
yanaşı ətraf ərazi də abadlaşdırılacaq.





























