Bakı. Trend:
Sabah saat 09:00-dan etibarən Bakının Səbail rayonunda – Mehdi
Hüseyn, Teymur Elçin, Cəfərov qardaşları küçələrində (Mehdi Hüseyn
küçəsindən Mixail Lermontov küçəsinə qədər) və Salyan şosesində
(Bibiheybət şosesindən Lökbatan dairəsinə qədər) təmir işlərinə
başlanılacaq.
Trend bu barədə Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir müddətində sözügedən hissələrdə işlərin
aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər
zolaqlara yönləndiriləcək.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir
müddətində sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli
olmaları, təmir ərazilərində qoyulacaq müvəqqəti yol nişanlarının
tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş
olunur”,- məlumatda qeyd edilib.





























