
Bakı. Trend:
15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Xaçmaz Rayon İcra
Hakimiyyəti və ARB Media Qrupun birgə təşkilatçılığı ilə Xudat
şəhərində möhtəşəm bayram konserti keçirilib.
Nizami Gəncəvi adına parkda təşkil olunan bayram tədbirində
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər,
ağsaqqallar, təhsil,səhiyyə, mədəniyyət və digər sahələrin
kollektivləri eləcədə sakinlər iştirak ediblər.
Musiqili gecədə respublikamızın tanınmış incəsənət ustalarının
ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Şən
nəğmələr və rəqslər sakinlər tərəfindən alqışlarla qarşılanıb.
Konsert proqramına möhtəşəm atəşfəşanlıqla yekun vurulub.





























