
Bakı. Trend:
Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının 2024-cü
il 21 iyun tarixli iclasının gündəliyinə təklif olunan məsələlər
açıqlanıb.
Milli Məclisdən Trend-ə
verilən məlumata görə, gündəlikdə 12 məsələ var.
Onlar aşağıdakılardır:
1. “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər
Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında
Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi.
2. “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı,
Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl,
mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V.
Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə
Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata
keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikası
qanununun layihəsi.
3. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli
377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi.
4. Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
5. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (ikinci oxunuş).
6. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan
Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
7. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(birinci oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan
Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının
Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq,
prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri
nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”,
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial
müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında
Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”,
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial
sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta
haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
10. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
11. Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
12. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən
güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).





























