
Bakı. Trend:
Bakının Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişməsindən
Səməd Vurğun küçəsi ilə kəsişməyədək) xüsusi hərəkət zolaqlarının
təşkilinə başlanılıb.
Trend bu barədə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, həmin yol sahəsində avtobus zolağının tələbinə
uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları
quraşdırılır.
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət
zolaqlarının davamlılığının təmin edilməsi ilə bağlı digər yollarda
da bu işlər davam etdiriləcək.





























