
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi
maarifləndirmə işlərinə baxmayaraq, Norvuz bayramının əsas
mərasimlərindən olan ötən çərşənbə axşamı da arzuolunmaz hadisələr
baş verdi.
Trend xəbər
verir ki, bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Bildirilib ki, paytaxt ərazisində keçirilən çərşənbə mərasimləri
zamanı 2 nəfər bayram tonqalına yıxılaraq müxtəlif dərəcəli yanıq
xəsarətləri alıb.
“Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha
əhaliyə müraciət edərək, Novruz bayramı ilə əlaqədar aşağıdakı
yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına
çağırır:
– bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər
yanar əşyalardan kənarda yandırılmalı;
– tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin
nəzarətində olmalı;
– tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
– tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
– süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Nəzərə alınmalıdır ki, küləkli havada tonqal yandırılması
xüsusilə təhlükəlidir”.





























