
Bakı. Trend:
2024-сü ilin yanvar-may aylarında Azərbaycanda 1389 ədəd və ya
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az minik
avtomobili istehsal olunub.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə 2024-сü ilin yanvar-may aylarında
maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil,
qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,1 milyon
manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın
və avadanlıqların istehsalı 19,5 faiz azalıb, avtomobil, qoşqu və
yarımqoşquların istehsalı isə 31,3 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
traktorların istehsalı 11,3 faiz azalıb.





























