
Bakı. Trend:
Ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda siyasi
hakimiyyətə qayıdışı Azərbaycan xalqı üçün həqiqi qurtuluş olub. Bu
tarixi qayıdış Azərbaycanda Milli Qurtuluş Günü hər il qeyd
edilir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanlarının rəhbərləri, ziaylılar, ağsaqqallar və
ictimaiyyət nümayəndələri 15 İyun – Milli Qurtuluş Günündə
Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub,
əziz xatirəsini ehtiramla yad ediblər.





























