Advertisement

Novruz Aslan Ulu Öndər Heydər Əliyevin xatirəsinə “Ballada” kompozisiyası həsr edib (VİDEO)

Bakı. Trend:

Ümumilli Lideri Heydər Əliyevin xatirəsinə “Ballada”
kompozisiyası həsr olunub.

Trend xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
sədri, Milli Məclisin deputatı, bəstəkar Novruz Aslan Azərbaycan
xalqının Ümumilli Lideri Heydər Əliyevin xatirəsinə “Ballada”
kompozisiyası həsr edib.

Qeyd edək ki, 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd
olunur. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan
Respublikasının Ali Şurasının sədri seçildi və bu gün tarixə
Azərbaycanın dərin böhrandan qurtulduğu gün olaraq yazıldı. Bu gün
Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu və Milli
Məclis tərəfindən Milli Qurtuluş Günü elan edildi. “15 iyun” tarixi
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və Azərbaycan
xalqının onun ətrafında birləşməsini simvolizə edir.

Azərbaycan xalqı daima Ulu Öndər Heydər Əliyevin işıqlı
xatirəsinə dərin ehtiram bəsləyəcək və onun siyasi irsini gələcək
nəsillərə ötürməyə davam edəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)