
Bakı. Trend:
2024-cü ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli
xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə, real
ifadədə 5,3 faiz artaraq, 1 milyard 865,2 milyon manat olub.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1410,4 milyon
manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin
75,6 faizini təşkil edib.
2024-cü ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta
hesabla 183,2 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə
müqayisədə, nominal ifadədə 12,9 manat çox müxtəlif ödənişli
xidmətlərdən istifadə edib.
2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi yanvar
ayı ilə müqayisədə, 100,6 faiz, 2024-cü ilin yanvar-fevral
aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 101,3 faiz
təşkil edib.





























