
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində sursat aşkar edilməsi
barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətinin Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal
nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə
üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış
zamanı aşkar edilmiş sursatın 1 ədəd 9M22Y 122mm-lik qrad mərmisi
olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən
zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı
başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.





























