Advertisement

Şəhidlərin ruhuna Məkkədə ehsan veriləcək

Bakı. Trend:

İyunun 20 – 21-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Qafqaz
Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə şəhidlərimizin xatirəsi
anılaraq onların ruhuna ehsanlar veriləcək.

Bu barədə Trend
Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı
Salman Musayev məlumat verib.

Onun bildirdiyinə görə, iftar mərasiminə Məkkədə Həcc
ziyarətində olan Azərbaycanın bütün zəvvar qruplarının
nümayəndələrinin qatılması nəzərdə tutulub.

“Son illərdə Həcc ziyarəti zamanı şəhidlərin ruhuna iftar
mərasimləri verilir. Bu artıq ənənə halını alıb. Torpaqlarımızın
işğaldan azad olunması, ərazi bütövlüyümüz uğrunda canından keçmiş
şəhidlərimizin xatirəsini müqəddəs Həcc ziyarətində dərin hörmətlə
anırıq” – QMİ rəsmisi bildirib.