
Bakı. Trend:
İyunun 17-si saat 10:00-a olan məlumata əsasən, əksər rayonlarda
hava şəraiti sabit, əsasən yağmursuz keçib, lakin axşam və gecə
bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış
yağıb.
Bu barədə Trend-ə Milli
Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, düşən yağıntının miqdarı Gədəbəydə 3 mm, Şəkidə
1 mm-dək olub.
İyunun 16-da şərq küləyi Culfada arabir 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34,
Naxçıvan MR-da və Aran rayonlarında 37, dağlıq rayonlarda 28
dərəcəyədək isti olub.





























