Advertisement

Ağdamda 10 tüfəng polisə təhvil verilib

Bakı. Trend:

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü
təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam
etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti
tədbirlər zamanı rayon sakinləri 10 ədəd müxtəlif markalı tüfəngi
təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.