Advertisement

Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb (FOTO)

Bakı. Trend:

Bakıda COP-dan qabaq hər il keçirilən “Sağlam Gələcəklərin
Proqnozlaşdırılması” Qlobal Sammiti işə başlayıb.

Trend-in məlumatına görə, sammitin məqsədi səhiyyə sahəsində
qazanımların, iqlim dəyişikliyi kontekstində, dünyada ən həssas
icmalara diqqət yetirməklə qorumaq və genişləndirməyə dəstək
olmaqdır.

Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri
bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş
tutmuş sammitin uğuruna əsaslanacaq.

Qeyd edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz
hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu
il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və
inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları
müzakirə etmək üçün bir araya gələcək.

Xəbər yenilənəcək