Bakı. Trend:
Biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Səhiyyə mövzusunun
COP29-a daxi edilməsini yüksək qiymətləndirirəm.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının
baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda COP-dan qabaq hər il
keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal
Sammitinin iştirakçılarına videomüraciətində deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi getdikcə daha da
dərinləşir.
“Birgə fəaliyyət olmasa, iqlim dəyişikliyi daha da geniş vüsət
alacaq və ölkələrə ciddi təsir edəcək. Birgə fəaliyyət ilə iqlim
dəyişikliyinə qarşı effektiv mübarizə apara bilərik”, – deyə o
əlavə edib.
Xəbər yenilənəcək





























