Advertisement

37 cinayətin üstü açılıb – DİN

Bakı. Trend:

İyunun 17-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən
bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 19, o
cümlədən, borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq
aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.