Bakı. Trend:
İqlim dəyişikliyinin qarşısının alınması üçün birgə addımlar
atılmalı, bu sahəyə investisiya ayırılmalıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə “Sağlam
Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici
direktoru Kelli Uels deyib.
O qeyd edib ki, bu gün dünyada 3 milyarddan çox insan iqlim
dəyişikliyindən əziyyət çəkir.
“İqlim dəyişikliyi bütün sahələrə mənfi təsir göstərir”.
O bildirib ki, bunun qarşısının alınması üçün birgə addımlar
atılmalıdır:
“Bu sahəyə investisiya ayırılmalıdır. Həmçinin, BMT üzvü olan
ölkələr öz öhdəliklərini yerinə yetirməlidir”, – deyə o əlavə
edib.
Qeyd edək ki, Bakıda COP29-dan dan qabaq hər il keçirilən
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti işə
başlayıb. Sammitin məqsədi səhiyyə sahəsində qazanımların, iqlim
dəyişikliyi kontekstində, dünyada ən həssas icmalara diqqət
yetirməklə qorumaq və genişləndirməyə dəstək olmaqdır.
Sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri
bir araya gətirəcək və ötən COP28 çərçivəsində Abu-Dabidə baş
tutmuş sammitin uğuruna əsaslanacaq.
Əlavə edək ki, “Sağlamlıq Günü”nü COP28 gündəliyinin ayrılmaz
hissəsi kimi rəsmi olaraq Abu-Dabidəki sammitdə elan edilmişdi. Bu
il yüksək profilli məruzəçilər Azərbaycanda və regionda səhiyyə və
inkişaf sektorlarının üzləşdiyi ən son tendensiyalar və çağırışları
müzakirə etmək üçün bir araya gələcək.





























