Advertisement

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

Bakı. Trend:

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.

Bildirilib ki, İsmayıllı rayonunun Diyallı kəndində yaşayan,
2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də
yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha
geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən
quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli
köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan
DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin
(020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək
məlumat vermələri xahiş olunub.