Advertisement

Pensiya ödənişlərinə yönəldilən vəsaitin məbləği açıqlandı

Bakı. Trend:

Cari ilin yanvar-may aylarında pensiya ödənişlərinə ötən ilin
müvafiq dövrünə nisbətən 14 faiz (328 mln. manat) çox olmaqla 2
mlrd. 693 mln. manat vəsait yönəldilib.

Trend xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, pensiya artımı istiqamətində növbəti addım kimi
2024-cü il yanvarın 1-dən bütün pensiyalar ötən il üzrə orta aylıq
əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz
indeksləşdirilməklə artırılıb.

Son 5 ayda 18,4 min, elektron pensiya təyinatına başlandığı
2019-cu ilin əvvəlindən 121 min pensiya təyinatı e-sistem üzərindən
proaktiv qaydada aparılıb.