Advertisement

Bəzi çaylardan daşqın və sel keçəcəyi gözlənilir – XƏBƏRDARLIQ

Bakı. Trend:

İyunun 18-i gündüzdən 21-i axşamadək bəzi yerlərdə fasilələrlə
yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə
görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və
Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi
Aran, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv və güclü
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən
axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi
gözlənilir.