Bakı. Trend:
Bakıda hoteldən oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat
yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonu ərazisində yerləşən
hotellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2
ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil
olub.
Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşları
tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən
olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.





























