Advertisement

Goranboyda narkokuryer ələ keçib – Trend.Az

Bakı. Trend:

Goranboyda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Goranboy
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlər
nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb.

Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan
torbadan 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb.

Araşdırmalarla zamanı Ə. Əliyevin maddi gəlir qarşılığında
narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi
başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri
seçilib.

Araşdırmalar davam etdirilir.