Advertisement

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb – DİN

Bakı. Trend:

İyunun 18-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən
bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində
axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.