Advertisement

Böyük Qayıdışla bağlı fləşmob keçirilib (VİDEO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə
fləşmob keçirib.

Trend xəbər verir ki, fləşmobun çəkilişləri Laçın və Füzuli
şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı
kəndlərində aparılıb.

Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir,
işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir.
İndiyədək 1453 ailə, yəni 5719 nəfər doğma yurda köçürülüb. Böyük
Qayıdışa dair birinci Dövlət Proqramı çərçivəsində icra olunan
genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini
təmin edir.

Doğma yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırlanan
növbəti fləşmobu təqdim edirik: