
Bakı. Trend:
İyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabah
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi
günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° olacaq. Atmosfer
təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi
rütubət gecə 70-80 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən
dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü
olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər
arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə
10-15°, gündüz 19-24° olacaq.





























