Bakı. Trend:
Bakıda oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Trend-ə Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis
Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, iyunun
10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100
manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı
şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.
Hazırda araşdırma aparılır.





























