Advertisement

Mədəniyyət müəssisələrinə qəbul üzrə imtahan mərhələsi başlayır

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb
və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların
növbəti imtahan mərhələsi başlayır.

Bu barədə Trend-ə Mədəniyyət
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən
başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak
edə biləcəklər.

İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə
“MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və
SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.