
Bakı. Trend:
Qazaxda yabanı halda bitən 7 454 kq çətənə bitkisi məhv
edilib.
Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupu məlumat yayıb.
Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının
“Xaşxaş-2024” planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun
Daş Salahlı və Yuxarı Salahlı kəndi ərazisində yabanı halda bitən,
ümumi çəkisi 7 454 kq olan 15 085 ədəd çətənə bitkisi toplanılaraq
məhv edilib.





























