Bakı. Trend:
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün
sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi
keçiriləcək.
Bu barədə Trend-ə
Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bu il riyaziyyat,
Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus
dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili 236, fransız dili
üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə
tutulur.
Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində
pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir.
Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü
formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən
sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb
olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə
maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq
edilib.





























