Bakı. Trend:
Azərbaycanda itkin düşmüş şəxslərin axtarışı davam
etdirilir.
Trend DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun
19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş
kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil
verilib.
Hər bir müraciət üzrə müvafiq araşdırmalar davam etdirilir.





























