Advertisement

Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlərin neçə tamamlanıb?

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” Horadiz-Ağbənd dəmir yolu xəttində
tikinti işlərini sürətlə davam etdirir.

Trend bu
barədə quruma istinadən xəbər verir.

Bildirilir ki, 104,7 km uzunluğunda dəmir yolunun tikintisi üzrə
işlərin 56%-i tamamlanıb.

“Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq
Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də
daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata
keçirilir”, – deyə məlumatda qeyd olunub.