
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev,
Palçıqoba kəndində inşası davam etdirilən məktəb binasında işlərin
gedişi ilə də maraqlanıblar.
360 şagird yerlik, ikimərtəbəli məktəb binasında tikinti
işlərinə 2023-cü ilin mart ayından başlanılıb. Üç korpusdan ibarət
yeni məktəb binasında son tamamlama və tərtibat işləri aparılır,
məktəbin həyəti abadlaşdırılır. Müasir məktəb binasında sinif
otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək
təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və
yeməkxana olacaq.
Yeni məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi
nəzərdə tutulub.
Qeyd edək ki, 2020- ci ilin iyul ayında Palçıqoba kəndindəki
köhnə məktəbin binasında yanğın hadisəsi baş verib. Ötən müddət
ərzində şagirdlər qonşu Nərəcan kənd tam orta məktəbində
təhsillərini davam etdiriblər.





























