
Bakı. Trend:
Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsini təbii qazla təmin
edən orta təzyiqli qaz xəttinin hava kompressoru vasitəsilə kipliyə
sınaq olunması, Nərimanov rayonunun Ziya Bünyadov küçəsində yeni
çəkilmiş yeraltı qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi,
Nərimanov rayonunun Y.V.Çəmənzəminli küçəsində orta təzyiqli qaz
xəttinin kipliyə sınaq olunması ilə əlaqədar 21.06.2024-cü il
tarixdə saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının
dayandırılması planlaşdırılır.
Bu barədə Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
“Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Təmir işləri görülən müddətdə Sabunçu rayonunun Kürdəxanı
qəsəbəsinin, Nərimanov rayonunun Ziya Bünyadov, Y.V.Çəmənzəminli,
Ağa Nemətulla, Ə.Rəcəbli küçələrinin qaz təchizatında müvəqqəti
fasilə yaranacaq.





























